[go: up one dir, main page]

Sintezator — bir və ya bir neçə səs dalğası generatorunun köməyi ilə səs yaradan (sintez edən) elektron musiqi aləti. Tələb olunan səsi elektrik siqnalının xüsusiyyətlərini dəyişməklə (analoq sintezatorda) və mərkəzi prosessorun parametrlərini dəyişməklə (rəqəmsal sintezatorda) almaq mümkündür. Klaviatura da daxil olmaqla yalnız bir korpusdan ibarət sintezator klavişli sintezator adlanır. Klaviaturasız sintezator sintezator modulu adlanır və MIDI kontroller ilə idarə olunur. Əgər klavişli sintezatorda daxili sekvenser də mövcuddursa, buna workstation deyilir. Kompüter proqramı sintezator kimi istifadə olunursa, bu, sintezator proqramı adlanır.

Sintezin növləri

redaktə

Səs dalğasının generasiya metoduna görə sintezatorların bir sıra növləri var.

Additiv sintez

redaktə

Additiv (toplanan) sintez, sadə səs dalğasının (əsasən sinusoidal) müxtəlif tezliklər və amplitudlarla superpozisiyası ilə reallaşan sintez metodudur.

Subtraktiv sintez

redaktə

Subtraktiv (çıxılan) sintezdə səs, original dalğa fomasının müxtəlif filtrlərdən, envelop generatorlarından keçirilməsi ilə alınır. Müasir sintezatorlarda subtraktiv sintezdən geniş istifadə olunur.

FM sintezi

redaktə

FM (tezlik modulyasiyası) sintezi, bir neçə sadə səs dalğasının qarşılıqlı təsiri (tezlik modulyasiyası və toplanma) ilə başa gələn sintez metodudur. FM sintezatoruna ən yaxşı misalYamaha DX7 sintezatoeudur.

Fiziki model sintezi

redaktə

Fiziki model sintezi, güclü prosessorlar sayənsində hər hansı tipdə olan musiqi alətində gedən fiziki prosesləri simulyasiya etməklə reallaşan sintez metodudur.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə