[go: up one dir, main page]

Qumar — Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad. İndi qumar oyununu qanuni olaraq tanıyan bir çox ölkə var və ondan pul yığırlar. Qumarın ən məşhur formalarına slot, blackjack və rulet kimi kazino oyunları, həmçinin idman mərc oyunları, poker və lotereya oyunları daxildir.

İnsan cəmiyyətlərinin ilk zamanlarından bu yana mövcud olan qumar çox dəyişik üsullarla reallaşdırıla bilər.

Qumar, haqsız yerə başqasının malını götürmək, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Qumar, ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərlər artar. Qumar ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara, laqeydliklərə səbəb olar. Çox zaman əyləncəli vaxt keçirmək üçün seçilən qumar çox zərərli bir oyundur. Buna görə ailələlər dağılır və hətta cinayətlər baş verir.

İslam nəzərindən qumar

redaktə

İslamda qumar oynamaq birmənalı şəkildə haram hesab olunur. Belə ki Qurani-Kərimdə şərab, bütlər üçün ("ənsab", yəni Kəbə ətrafında düzülmüş daşlar.)[1] kəsilən heyanlar və fal oxları ilə yanaşı qumarın da insanlar arasında ədavət, kin-kudurət yaratmasına səsb olması qeyd olunur: "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?" kəsilən heyanlar və fal oxları ilə yanaşı qumarın da insanlar arasında ədavət, kin-kudurət yaratmasına səsb olması qeyd olunur: "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?" Bu haqda ayə nazil olduqda Peyğəmbərdən qumar, ənsab və əzlam barədə soruşulduqda cavab verir ki, "məysir" (qumar) hətta taxta nərd və qoz da olsa, udulub-uduzulan hər bir şey, "əzlam" (fal oxları) isə onların vasitəsilə püşk atdıqları oxlardır.[2]

Cəfəri-Sadiq uşaqların udub-uduzmaqla qazandıqları qozun haram olmasını qeyd edərək, onu yeməyin qadağan olunduğunu qeyd etmişdir.[3]

Ümumiyyətlər fal oxları, yəni "əzlam" cahiliyyət dövründə rəvac tapmış oxlarla püşk atma və qumar növü olub.

İstinadlar

redaktə
  1. Nur təfsiri, 3-cü cild, səh. 79.
  2. əl-Kafi, c. 5, səh. 123, hədis 2
  3. əl-Kafi, c. 5, səh. 123, hədis 6