[go: up one dir, main page]

Pleonazm (yun, artıqlıq) — termini iki mənalıdır. 1. Eyni məhfumun başqa-başqa dil vahidləri ilə təkrarı, 2. Eyni tərkibli sinonim dil vahidlərinin toplusu, üslubi artıqlıq.

Pleonazmın müxtəlif növləri var:

  • Zəruri qrammatik pleonazm. Eyni məhfumun eyni tərkibdə həm sintaktik, həm morfoloji yolla ifadəsi morfoloji-sintaktik təkrar adlanır. Məsələ, Sən tələbəsən, mən mənəm.
  • Ekspressiv-üslubi pleonazm işlədilməsi zəruri olmayan, yalnız üslubi məqsədlə bağlı olan pleonazm. Məsələn, Bax, bu qulaqlarım ilə eşitmişəm.
  • Səhvən nitqdə artıq ünsürlərin işlədilməsindən ibarət pleonazm. Məsələn, hər addımbaşı, həmyaşıd olmaq.
  • Artıq sözlərin düzülüşü komizm yaradır. Məsələn, Ölü meyit kimi hərəkətsiz uzanmışdı.[1]

İstinadlar

redaktə
  1. Həsrət Həsənov "Azərbaycan dilinin üslubları və nitq mədəniyyəti" Səh.257–259