MI5
MI5 — Britaniya kəşfiyyat xidməti. MI6'dən fərqli olaraq daxili kəşfiyyatla maraqlanır.
Hərbi Kəşfiyyat, 5-ci bölmə (MI5) | |
---|---|
Military Intelligence, Section 5 | |
| |
Növü | Daxili kəşfiyyat |
Yaranma tarixi | 1909-cu il |
Mərkəzi | Thames House, London Birləşmiş Krallıq |
Sədr | Andrew Parker |
Üzvləri | Təxmini 4.000 - 4.500 |
mi5.gov.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
"Vətənin müdafiəsi"
redaktəİlk dəfə yazılı tarixi 2009-cu ildə işıq üzü görüb. Qurumun yaranmasının 100-cü ildönümü münasibətilə Kembric Universitetinin tarixçi-professoru Kristofer Endrüyə MI5-in tarixni yazmaq sifariş olunub və bunun üçün tarixçiyə arxivdən 400 mindən artıq məxfi sənəd təqdim olunub. Nəhayət, Endrü tərəfindən "Vətənin müdafiəsi" adlı min səhifəlik kitab hazırlanıb.
Kitabda Hitler faşizminə, sovet casuslarına, terror təhlükəsinə qarşı gizli mübarizəsi yer alır. Qeyd olunur ki, 1909-cu ildə cəmi 2 nəfərlə qurulan sözügedən kəşfiyyat xidmətinin hazırda 3 mindən çox əməkdaşı fəaliyyət göstərir.
Bununla yanaşı, tarixçi İkinci Dünya Müharibəsi zamanı MI5-in Britaniyadakı alman casuslarının çoxunu ələ keçirdiyini və onlardan 25 nəfərini öz hesabına işlədə bildiyini yazır.
Eyni zamanda, kitabda kəşfiyyat xidmətinin buraxdığı nöqsanlar da yer alır. Bu sırada Britaniya kəşfiyyatının içində yuxarı mərtəbələrdə çalışan və 1930-cu ildən etibarən SSRİ kəşfiyyatına xidmət edən "Kembric Beşliyi"ni illər boyu üzə çıxara bilməməsi MI5-in ən böyük uğursuzluğu kimi xarakterizə olunur.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- İngilis kəşfiyyatının sirləri Arxivləşdirilib 2009-10-09 at the Wayback Machine