JetBrains
JetBrains (əvvəlki adı IntelliJ Software) — proqram tərtibatçıları və layihə menecerləri üçün alətlər hazırlayan Çex[3] proqram təminatı tərtibatı özəl məhdud məsuliyyətli şirkəti.[4][5] Şirkətin baş ofisi Praqadadır və Çin, Avropa və ABŞ-də ofisləri var.[6]
JetBrains | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | proqram təminatı sənayesi[d], İnteqrasiya olunmuş inkişaf mühiti |
Məhsulları | IntelliJ IDEA, PyCharm, PhpStorm, CLion[d], Kotlin |
Təsis tarixi | 2 yanvar 2002[1] |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
jetbrains.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Şirkət müxtəlif proqramlaşdırma dilləri üçün inteqrasiya olunmuş inkişaf mühitləri (IDE) təklif edir. 2011-ci ildə Java virtual maşınında (JVM) işləyə bilən Kotlin proqramlaşdırma dilini yaradıb. InfoWorld jurnalı 2011 və 2015-ci illərdə şirkəti "İlin Texnologiyası" mükafatına layiq görüb.[7][8]
Tarixi
redaktəƏvvəlcə IntelliJ Software adlanan JetBrains, 2000-ci ildə Praqada üç rus proqram tərtibatçısı, Sergey Dmitriev, Valentin Kipyatkov və Eugene Belyaev[9] tərəfindən təsis edilmişdir.[10][11][12] Şirkətin ilk məhsulu Java dilində kodun refaktorinqi aləti olan IntelliJ Renamer idi.[5] 2012-ci ildə baş icraçı direktor Sergey Dmitriyevin yerinə Oleq Stepanov və Maksim Şafirov keçdi.[13][14] 2021-ci ildə The New York Times nəşrinin iddiasına görə, naməlum tərəflər SolarWinds kiberhücumlarına və digər geniş yayılmış təhlükəsizlik kompromislərinə səbəb olan zərərli proqramları JetBrains proqram təminatına yerləşdirmiş ola bilər.[15] JetBrains yayımladığı press-relizdə, heç bir hökumət və ya təhlükəsizlik qurumu ilə əlaqə saxlamadıqlarını və "heç bir şəkildə bu hücumda iştirak etmədiklərini" bildirdi.[16] Hücuma məruz qalan şirkətlərdən biri olan SolarWinds-in baş direktoru, "kodun işlənib hazırlanmasını və sınaqdan keçirilməsini sürətləndirən JetBrains tərəfindən hazırlanmış proqram alətlərinin yol olması ehtimalı" barədə soruşdu: "cənab Ramakrişna hələ də heç bir sübut olmadığını söylədi".[17]
2022-ci ildə Rusiya–Ukrayna müharibəsinə cavab olaraq, şirkət Rusiyadakı satış və TƏ-İN fəaliyyətini qeyri-müəyyən müddətə, həmçinin Belarusda satışını dayandırdı.[18][19] Rusiyadakı hüquqi şəxs 21 fevral 2023-cü ildə ləğv edildi.[20]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Commercial Register.
- ↑ 1 2 3 4 5 6 JetBrains Výroční zpráva za období 1.1.2021 – 31.12.2021 společnosti JetBrains s.r.o.. 2022.
- ↑ "jet Brains Corporate overview" (PDF). 16 December 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-01-11.
- ↑ Taft, Darryl K. "JetBrains Ships YouTrack 4.0 Agile Dev Tool". eWeek. 29 June 2012. 24 October 2013 tarixində orijinalından arxivləşdirilib.
- ↑ 1 2 Hunger, Michael. "JetBrains Developer Tools". infoQ. 26 November 2010. 15 February 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2013.
- ↑ "Contact Us". JetBrains (ingilis). 2017-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-09.
- ↑ staff, InfoWorld. "InfoWorld's 2015 Technology of the Year Award winners". InfoWorld. 26 January 2015. 23 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 January 2021.
- ↑ "InfoWorld's 2011 Technology of the Year Award winners". InfoWorld. 12 January 2011. 8 March 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 February 2020.
- ↑ "Java Posse No. 001 – Interview with Rob Harwood of Jetbrains about IntelliJ IDEA". 22 September 2005. 26 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2013.
- ↑ "IntelliJ Software s.r.o. v likvidaci IČO: 26193264". 7 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 November 2019.
- ↑ "12th Annual Jolt and Productivity Awards". Dr. Dobb's. 16 July 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2013.
- ↑ Heiss, Janice J. "JAX Innovation Awards winners reflect the vibrancy of the Java community". Oracle Technology Network. November 2012. 9 August 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2013.
- ↑ Осипов, Антон. "JetBrains назначила генеральных директоров в Санкт-Петербурге и Мюнхене". Vedomosti. 26 October 2012. 1 September 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2013.
- ↑ Лаврентьева, Наталья. "Российский поставщик средств разработки для Oracle и HP назначил гендиректорами двух программистов". Cnews.ru. 24 October 2012. 27 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2013.
- ↑ Perlroth, Nicole; Sanger, David E.; Barnes, Julian E. "Widely Used Software Company May Be Entry Point for Huge U.S. Hacking". The New York Times (ingilis). 2021-01-06. ISSN 0362-4331. 31 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
- ↑ Shafirov, Maxim. "Statement on the story from The New York Times regarding JetBrains and SolarWinds". 6 January 2021. 7 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 January 2021.
- ↑ Sanger, David E. "After Russian Cyberattack, Looking for Answers and Debating Retaliation". The New York Times. 24 February 2021. 1 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2022.
- ↑ "JetBrains' Statement on Ukraine | JetBrains News". The JetBrains Blog (ingilis). 11 March 2022. 4 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-22.
- ↑ "JetBrains: indefinite suspension of sales and R&D activities in Russia". www.sobyte.net (ingilis). 2022-03-12. 8 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-22.
- ↑ Nogaeva, K. "Мозги свернулись: в JetBrains закрыли своё последнее юрлицо в Петербурге" [The brains have curdled: JetBrains has closed its last legal entity in St Petersburg] (rus). Delovoy Peterburg. 2023-03-01. 2023-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-02.
Xarici keçidlər
redaktə- jetbrains.com — Rəsmi saytı