[go: up one dir, main page]

Filiz — iqtisadi cəhətcə tərkibindən metalların alınması məqsədəuyğun hesab edilən təbii mineral birləşmə. "Filiz" termini bir sıra qeyri metal qazıntılar (pyezokvars, flüorit və s.) üçün də işlədilir.

Dəmir filizi
Manqan filizi
Qurğuşun filizi
Qızıl filizi

Azərbaycanda filiz yataqları

redaktə

Azərbaycanın yeraltı sərvətləri içərisində əhəmiyyətinə görə ikinci yeri filiz faydalı qazıntıları durur, (birinci yerdə neft-qaz durur), Respublika bu faydalı qazıntılarla çox zəngindir. Daşkəsən dəmir yatağı, Zəylik alunit yatağı, Balakən rayonunda aşkar edilmiş Filizçay polimetal yatağı Avropada, həta dünyada ən iri yataqlardan sayılır.[mənbə göstərin]

Azərbaycan ərazisində həmçinin mis, qurğuşun, sink, molibden, manqan, kobalt, civə, xrom, nikel, sürmə, arsen, qızıl və s. yataqları da vardır.[1]

İstinadlar

redaktə
  1. Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.