[go: up one dir, main page]

Fatma Şahin

türk siyasətçisi, Qaziantep Böyükşəhər bələdiyyəsi sədri

Fatma Şahin[3] (20 iyun 1966, Qaziantep) — türk siyasətçisi, Qaziantep Böyükşəhər bələdiyyəsi sədri.

Fatma Şahin
Qaziantep Böyükşəhər bələdiyyəsi sədri
Vəzifədədir
7 aprel 2014[1]
ƏvvəlkiAsım Gözəlbəy
Türkiyə Respublikası Ailə və Sosial Siyasətlər naziri
6 iyul 2011 – 25 dekabr 2013
Baş nazirRəcəb Tayyib Ərdoğan
SonrakıAyşənur İslam
Türkiyə Böyük Millət Məclisinin XXII-XXIV çağırışları millət vəkili
Seçki dairəsi2002 — Qaziantep
2007 — Qaziantep
2011 — Qaziantep
Şəxsi məlumatlar
Doğum tarixi 20 iyun 1966(1966-06-20) (58 yaş)
Doğum yeri
Milliyyəti türk
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili İstanbul Texniki Universiteti
Fəaliyyəti siyasətçi, mühəndis
fatmasahin.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, keçmiş Ailə və Sosial Siyasətlər naziri və Qaziantepin ilk qadın millət vəkilidir. Fatma Şahin Türkiyə Bələdiyyələr birliyinin (TBB) keçmiş sədri olmuşdur.

Həyatı

redaktə

Fatma Şahin 20 iyun 1966-cı ildə Qaziantepdə anadan olub. İbtidai, orta və lisey təhsilini Qaziantepdə tamamlayıb. İstanbul Texniki Universitetinin Kimya-Metallurgiya fakültəsinin Kimya mühəndisliyi bölməsini bitirib. Özəl sektorda biznes mühəndisi və biznes meneceri vəzifələrində çalışıb. Türkiyə Böyük Millət Məclisinin XXII–XXIV çağırışları Qaziantep millət vəkili seçilib. Bundan əlavə, o, Qaziantep və bölgə üzrə ardıcıl olaraq 2 dövr millət vəkili olan ilk qadın millət vəkilidir. Millət vəkilliyi dönəmində Türkiyə-Avropa Birgə Parlament Komitəsinin üzvü vəzifəsində çalışıb.

Fatma Şahin aryerasına Qaziantepdə Sanko Holdinqdə Əməliyyat mühəndisi və Əməliyyatlar meneceri kimi başlamışdır. İllərlə bu şirkətdə çalışan Fatma Şahin 2001-ci ildə Ədalət və İnkişaf Partiyasının Qaziantep ili qurucuları üzvlərindən olub. 2002-ci il ümumi parlament seçkilərində Qaziantepdən ilk qadın millət vəkili seçilib.

Ailəsi

redaktə

Fatma Şahin evlidir və 3 övladı vardır.

Siyasi karyerası

redaktə

Fatma Şahin Türkiyə Böyük Millət Məclisində millət vəkili olduğu müddətdə Sənaye, Ticarət və Enerji Komissiyasının üzvü, Türkiyə-Avropa İttifaqı Qarışıq Parlament Komissiyasının üzvü, Qadın və Uşaqlara Qarşı Zorakılıq Araşdırma Komissiyasının sədri vəzifələrində çalışıb.

Fatma Şahin Türkiyə Böyük Millət Məclisində törə cinayətləri və uşaqlara qarşı zorakılıq üzrə İstintaq Komissiyasının sədri vəzifəsində çalışıb. O, Ədalət və İnkişaf Partiyası Ümumi Qərargahının Qadınlar şöbəsində bir dövr təşkilatdan və siyasi işlərdən məsul sədr müavini vəzifəsində çalışıb. Keçmiş Enerji və Təbii Sərvətlər nazirləri Cumhur Ərsümer və Zeki Çakan haqqında yaradılan TBMM İstintaq Komissiyasında və Duz Gölü Araşdırma Komissiyasında da çalışıb.

Fatma Şahin Ədalət və İnkişaf Partiyası Ümumi Qərargahının Qadınlar şöbəsi sədri olaraq təşkilatda çalışan 3000 qadını 2 ay müddətində Ankara Baş Qərargahına gətirərək onlara müxtəlif mövzularda təlimlər keçmişdir.

Ədalət və İnkişaf Partiyasında qadınlara həsr olunan ilk beynəlxalq toplantılar Fatma Şahinin sədrliyi ilə keçirilmişdir. Hər il ümumilikdə 3 beynəlxalq görüş keçirilirdi. Bunlar:

  • Biznesdə Beynəlxalq Qadınlar Konfransı (Dünyanın hər yerindən uğurlu iş qadınları/CEO-ları iştirak ediblər).[4]
  • Yerli İdarəetmələrdə Qadınların Beynəlxalq şurası (dünyanın hər yerindən qadın merlərin iştirakı ilə).[5]
  • Beynəlxalq Qadın Hüquqları Sammiti (dünyanın hər yerindən qadın nazirlərin, parlament sədrlərinin və deputatların iştirakı ilə).[6]

O, 2011-ci il ümumi parlament seçkilərindən sonra yaradılmış 61-ci hökumətdə Ailə və Sosial Siyasətlər Nazirliyinin təsisçi naziri vəzifəsinə təyin edilib. Beləliklə, o, Cənub-Şərqi Anadolu bölgəsinin ilk qadın naziri ünvanını aldı.

Türkiyə Əlillər Vəqfi əlillərlə işinə görə nazir Fatma Şahini ilin qadını seçib.

30 mart 2014-cü ildə keçirilən yerli seçkilərdə Ədalət və İnkişaf Partiyasıdan Qaziantep Böyükşəhər bələdiyyəsinə namizədliyi irəli sürülmüş və seçilmişdir.[7] 31 mart 2019-cu ildə keçirilən yerli seçkilərdə yenidən Qaziantep Böyükşəhər bələdiyyə başçısı seçilmişdi.

8 may 2018-ci ildə Türkiyə Bələdiyyələr Birliyinin sədri seçilib.

2016–2019-cu il Asiya Bələdiyyə Başçıları Forumunun Prezidenti, həmçinin bu illərdəə Birləşmiş Şəhərlər və Yerli Hökumətlər və Yaxın Şərq və Qərbi Asiya departamentinin rəhbəri vəzifəsində çalışıb. O, həmçinin 2014-cü ildən Avropa Bələdiyyələr və Regionlar şurasının vitse-prezidenti vəzifəsində çalışır.[8][9]

2018-ci ilin iyun ayında o, qadınlar və uşaqlar üçün fəaliyyətinə görə İtaliya Respublikasının ən yüksək dövlət mükafatı olan "Xidmət" ordeni ilə təltif olunub.[10][11]

O, Qaziantepin 2021-ci ilin noyabr ayından etibarən Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Yaşıl şəhər proqramına daxil edildiyini açıqlayıb.[12]

BMT Habitat London İqtisadiyyat Məktəbi İnnovasiya və İctimai Məqsədlər İnstitutu tərəfindən yaradılan Şəhər Təşəbbüsləri şurasının təsisçi üzvü olub.[13]

2021-ci ilin noyabrında o, Yaponiya Xarici İşlər naziri mükafatına layiq görülüb.[14][15]

Evli və iki övladı olan Şahin hələ də Türkiyə Bələdiyyələr Birliyi və Qaziantep Böyükşəhər bələdiyyəsi sədri vəzifəsini davam etdirir.

2019-cu il yerli seçkilərində yenidən namizəd olan Şahin 53,97% səs toplayaraq, ikinci dəfə Qaziantep Böyükşəhər Bələdiyyə sədri seçilib.[16]

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
  2. 1 2 https://www.workwithdata.com/person/fatma-sahin-1966.
  3. "31 Mart 2019 Mahalli İdareler Genel Seçimleri Büyükşehir Belediye Başkanlığı Seçimi Kesin Aday Listesi" (PDF). 2022-02-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-08.
  4. "Uluslararası "İşte Kadın Kongeresi"". 6 Aralık 2008 tarixində arxivləşdirilib.
  5. "Uluslararası 4. Yerel Yönetimlerde Kadın Şurası". 5 Aralık 2012 tarixində arxivləşdirilib.
  6. "Uluslararası Kadın Hakları Zirvesi Gerçekleştirildi". 28 Mart 2010 tarixində arxivləşdirilib.
  7. "Erdoğan 21 adayı açıklıyor". 1 Aralık 2013 tarixində arxivləşdirilib.
  8. "OECD Champion Mayors Girişimi Üyesi Seçildim" (Türkçe). 25 Ekim 2021 tarixində arxivləşdirilib.
  9. "Fatma Şahin, OECD Şampiyon Belediye Başkanları arasına Türkiye'den katılan ilk başkan oldu" (Türkçe). 29 Mayıs 2021 tarixində arxivləşdirilib.
  10. "Fatma Şahin'e; İtalya Devlet Liyakat nişanı" (Türkçe). 27 Kasım 2021 tarixində arxivləşdirilib.
  11. "İtalya'dan Şahin'e ödül" (Türkçe). 27 Kasım 2021 tarixində arxivləşdirilib.
  12. "Gaziantep commits to climate action as part of EBRD Green Cities" (İngilizce). 2 Kasım 2021 tarixində arxivləşdirilib.
  13. "Council on Urban Initiatives launched to encourage progressive policymaking at city level" (ingilis). 21 Ekim 2021 tarixində arxivləşdirilib. (#first_missing_last)
  14. "Japonya'dan Fatma Şahin'e ödül" (Türkçe). 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-10.
  15. "Japonya Dış İşleri Bakanlığı Ödülünü Aldım" (Türkçe). 27 Kasım 2021 tarixində arxivləşdirilib.
  16. "Fatma Şahin - Gaziantep Büyükşehir Belediye Başkanı" (Türkçe). 6 Haziran 2004 tarixində arxivləşdirilib.

Xarici keçidlər

redaktə