[go: up one dir, main page]

Etoşa (ing. Etosha pan) — Namibiyanın şimalında, quruyan göl. Nama dilindən tərcümədə «Böyük boş məkan»[1] anlamını verir.

Etoşa şoranlığı
Ölkə  Namibiya
Uzunluğu130 m
Eni50 m
Sahəsi4.800 km2
Etoşa (Namibiya)
[[commons:Category:Vikianbarın loqosu Etosha pan Vikianbarda|Etoşa şoranlığı Vikianbarda]]

Şoranlığın uzunluğu 130 km, eni 50 km[2], sahəsi 4800 km² təşkil edir.

Etoşa 1065 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. Şoranlıq Kalaxari səhrasının şimal-qərbindəki axarsız çökəklikdədir[3]. Yağışlar mövsümündə onun bir hissəsi su ilə dolur. Əvvəllər isə Kuene çayı gölü su ilə doldururdu. Tədricən iqlim quraqlaşmış və çayın axarı Atlantik okeana istiqamətlənmişdir.

Avropalılar Etoşa ilə 1851=-ci ildə tanış olurlar. Bu zaman Frensiz Halton və Karl Yohan Andersson bölgəyə ayaq basmışdır. Şoranlığın şərq sahilində Namutoni limanı yerləşirdi. Liman Alman Cənub-Qərbi Afrikası dönəmində inşa edilmişdir. Etoşa savannada yerləşir. Eyni adlı parkın ərazisinə daxildir. Həmin parkın 23 % ərazisini əhatə edir. Parmsar konvensiyasının su-bataqlıq ərsazisi kimi qorunur

İstinadlar

redaktə
  1. "Etosha". africaneaglenamibia.com (fransız). 2018-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
  2. "Etosha". africaneaglenamibia.com (ingilis). 2018-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
  3. "Etosha National Park — Namibia. Namibia's premier Game Park". namibian.org. 2017-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.