Cibbsit
Cibbsit — monoklinik sinqoniya mineralı.
Cibbsit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Al(OH)₃[1] |
Strunz təsnifatı | IV/F.02[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəCibbsit - Monoklinik, bəzən triklinik. Kristalları psevdoheksonal, lövhəvari, dirəkvari. İkiləşməsi polisintetik. Ayrılması {001} üzrə tam mükəmməl. Aqreqat: çiniyəbənzər, torpaqvari, sızma, kürəvi konkresiyalar. Rəngi rəngsiz, ağ, yaşımtıl. Sərtliyi 2,5-3. Xüsusi çəkisi 2,4. Çox vaxt hipergenez zonasında tapılır. Tərkibində Al, xüsusilə əsasi çöl şpatları və nefelin olan süxurların aşınması nəticəsində tropik və subtropik iqlimdə əmələ gəlir. Bəzən xloritlərin, kaolinit, halluazit, mikalar, bəzi piroksen və amfibolların, hətta kvarsın hidrargillitləşməsi müşahidə edilir. Hidrotermal mənşəli cibbsit də rast gəlir. Boksitlərdə geniş yayılmışdır. Sinonim: Hidrargillit.
İstinadlar
redaktəMənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.