[go: up one dir, main page]

Ciğdamlı, Ciğdəmli, Azatavan (erm. Ազատավան) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.[1]

Kənd
Ciğdamlı
Ciğdəmli
39°59′ şm. e. 44°30′ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Gərnibasar mahalı
Rayon Qəmərli rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 5,5 km²
Mərkəzin hündürlüyü 834 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.895 nəf. (2017)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 25
Xəritəni göstər/gizlə
Ciğdamlı Ciğdəmli xəritədə
Ciğdamlı Ciğdəmli
Ciğdamlı
Ciğdəmli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kəndin başqa adı «Cilçay»dır[2]. Erməni mənbələrində kəndin adı Çidəmli[3], Cidamlı, Cifdamlı[4] formalarında da göstərilir. Rayon mərkəzindən 5 km şimal-şərqdə yerləşir.

«İrəvan əyalətinin icmal dəftəri»ndə Ciğdəmli[2], Qafqazın 5 verstlik xəritəsində Ciğdamlı formasında[5] qeyd edilmişdir.

Toponim qədim türk dilində «həsir toxunmasında istifadə olunan parlaq gözəl çay bitkisi» mənasında işlənən cıq sözünə[6] mənsubluq bildirən -lı şəkilçisinin qoşulduğu «ev, bina, tikili» mənasında işlənən dam sözünün[7][8] birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Azatavan (Azad qəsəbə) qoyulmuşdur.[9]

Əhalisi

redaktə

Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-1829 - cu illərdə İranın Salmas vilayətindən köçürülmüşdür[4].

Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 166 nəfər, 1873 - cü ildə 155 nəfər, 1886-cı ildə 161 nəfər, 1897-ci ildə 135 nəfər azərbaycanlı yaşamışdır[10].

1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

İstinadlar

redaktə
  1. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  2. 1 2 İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.99
  3. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.50
  4. 1 2 Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.41
  5. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.284
  6. Древнетюркский словарь, Л., «Наука», 1969. s.147
  7. Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, «Elm», 1980. s.26
  8. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.170-171
  9. "Arxivlənmiş surət". 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-08.
  10. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.50-51, 130-131