[go: up one dir, main page]

Bethesda Game Studios

Bethesda Game Studios (azərb. Bethesda Oyun Studiyaları‎) — Kompüter oyunlarının inkişafında ixtisaslaşan, 2001-ci ildə yaradılan və valideyn şirkəti Bethesda Softworks olan ABŞ xüsusi şirkəti. Şirkətin loqosu və adı 2002-ci ildə, "The Elder Scrolls III: Morrowind" satışa çıxarılan zaman qurulmuşdur. Şirkətin rəhbəri icraçı prodüser Todd Hovarddır. Kanadanın Kvebek əlayətində yerləşən Monreal şəhərində ikinci bir studiya açılmışdır.

Bethesda Game Studios
Ümumi məlumatlar
Tipi Diviziya
Sənaye Videooyun sənayesi
Məhsulu Videooyunlar
Təsis tarixi 2001 (23 il əvvəl) (2001)
Baş qərargahın yeri
Struktur
İşçi sayı 180 (2017)[1]
Ana şirkət ZeniMax Media
bgs.bethsoft.com

"Bethesda Game Studios" 2001-ci ildə qurulmuşdur. 2002-ci ildə, "Bethesda Softworks" və "Bethesda Game Studios" nəşr edən və hazırlayan olaraq iki ayrı şirkət olanda "Bethesda Softworks"dakı bütün inkişafçılar "Bethesda Game Studios"a köçmüşdür. Keçmişdə bütün oyunlar "Softworks" diviziyası tərəfindən nəşr edilmişdir. "The Elder Scrolls IV: Oblivion" PlayStation 3 üçün satışa çıxarılandan sonra "Bethesda Softworks", "Bethesda Game Studios"un bütün oyunlarını nəşr etməyə başlamışdır.

2000-ci illərin ortalarında "Bethesda Game Studios"un iki komandası var idi — rol videooyunları hazırlayan və "International Hot Rod Association" üçün dreq-reysinq oyunları hazırlayan.

9 dekabr 2015 tarixində Monreal şəhərində "Bethesda" tərəfindən yeni bir studiya yaradılmışdır. Studiya "Behaviour Interactive"in keçmiş rəhbəri İv Laşans tərəfindən idarə olunur.[4]

Videooyunlar

redaktə

"Bethesda Game Studios" yaradıldığı tarixdən bəri əsasən "Fallout" və "The Elder Scrolls" kimi rol videooyunları üzrə işləmişdir.[5][6]

2015-ci ildə "Fallout Shelter" adlı bir simulyasıya oyununun satışa çıxarılmasıyla, studiya mobil videooyunu marketinə daxil olmuşdur. Oyun 2016-cı ilin ortalarında 50 milyona qədər oyunçu əldə etmişdir. 2017-ci ilin fevral ayında Todd Hovard "Fallout Shelter"in müvəffəqiyyətindən sonra yeni bir mobil oyunu hazırladıqlarını açıqlamışdır.[7]

2016-cı ildə Todd Hovard "The Elder Scrolls 6" və daha iki yeni layihə üzərində işlədiklərini açıqlamışdır. Bu layihələr böyük ehtimalla yeni "Elder Scrolls" oyunundan əvvəl satışa çıxarılacaq.[8] 30 may 2018-ci il tarixində "Fallout 76"-nın elan treyleri buraxılmışdır.[9]

İl Ad Janr(lar) Platforma(lar)
2002 The Elder Scrolls III: Morrowind Döyüş rol oyunu Microsoft Windows, Xbox
2004 IHRA Professional Drag Racing 2005 Yarış PlayStation 2, Xbox
2006 The Elder Scrolls IV: Oblivion Döyüş rol oyunu Microsoft Windows, PlayStation 3, Xbox 360
2008 Fallout 3
2011 The Elder Scrolls V: Skyrim
2015 Fallout Shelter Simulyasiya iOS, Android, Microsoft Windows, Xbox One
Fallout 4 Döyüş rol oyunu Microsoft Windows, PlayStation 4, Xbox One
2016 The Elder Scrolls V: Skyrim – Special Edition
2017 Fallout 4 VR Microsoft Windows
2018 Fallout 76 Onlayn çoxnəfərli, öyüş rol oyunu Microsoft Windows, PlayStation 4, Xbox One

Genişləndirmə paketləri

redaktə
İl Ad Orijinal oyun Platforma(lar)
2002 Tribunal The Elder Scrolls III: Morrowind Microsoft Windows
2003 Bloodmoon
2006 Knights of the Nine The Elder Scrolls IV: Oblivion Microsoft Windows, PlayStation 3, Xbox 360
2007 Shivering Isles
2009 Operation: Anchorage Fallout 3
The Pitt
Broken Steel
Point Lookout
Mothership Zeta
2012 Dawnguard The Elder Scrolls V: Skyrim
Hearthfire
Dragonborn
2016 Automatron Fallout 4 Microsoft Windows, PlayStation 4, Xbox One
Wasteland Workshop
Far Harbor
Contraptions Workshop
Vault-Tec Workshop
Nuka-World

Mükafatlar

redaktə

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Dornbuş, Conaton. "DICE 2017: Fallout 4 Director Todd Howard on Bethesda Game Studios' Creative Process". IGN. Ziff Davis. 23 fevral 2017. 2017-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2017.
  2. Hoffman R. Linkedin (ing.). 2003.
  3. https://bethesdagamestudios.com/#contact.
  4. Kato, Metyu. "Bethesda Opens New Studio In Montreal". Game Informer. 9 dekabr 2015. 2015-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 dekabr 2015.
  5. Petty, Jared. "Bethesda Says Two Upcoming Games Are as Big as Skyrim and Fallout". IGN. 14 iyun 2016. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-16.
  6. Deyvidson, Con. "Bethesda's Todd Howard Hints at 3 New Games". Glixel. 18 fevral 2017. 2017-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2017.
  7. Makuç, Eddi. "Skyrim Director Teases Next Mobile Game". GameSpot. 17 fevral 2017. 2017-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2017.
  8. Çalk, Endi. "The Elder Scrolls 6 is in development, Todd Howard confirms" (ingilis). PC Gamer. 2018-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 map 2018.
  9. Skrebels, Co. "Fallout 76 Announced". IGN. 30 may 2018. 31 may 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2018.
  10. "SpikeTV Video Game Awards 2011". Spike (TV network). 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  11. "Nominees | The Game Awards 2015". The Game Awards. Ola Balola. noyabr 12, 2015. noyabr 14, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: noyabr 13, 2015.
  12. Kerr, Kris. "Bethesda game director Todd Howard to be inducted into the AIAS Hall of Fame". Gamasutra. 14 dekabr 2016. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2017.

Xarici keçidlər

redaktə