[go: up one dir, main page]

Batial çöküntülər

redaktə

Dənizokeanların batial zonasında (sahəsində) çökən vulkanik lillərdən, dərinlik qumlarından və çınqıl daşlarından ibarət, əsasən göy, yaşıl, qırmızı və boz rəngli çöküntülər. Batial çöküntülərin tərki­bində terrigen materiallar üstünlük təşkil edir. Batial çöküntülər dünya okeanı dibi sahəsinin 15,4%-ni örtür, əsasən materik yamaclarında yayılmışdır. Batial çöküntüləri - əksərən materik yamac hüdudunda, qismən isə şelfin daha dərin hissələrində, 200 m-dən 2000 m-ə qədər dərin­likdə toplanan dəniz çöküntüləri.

Batimetrik xəritə

redaktə

Batimetrik xəritə-izabatın köməyi ilə tərtib edilən sualtı relyefi əks etdirir. Sualtı relyefin rəngləri dərinlik pillələri üzrə verilir.

Batimetriya

redaktə

Batimetriya-(yun. bathus dərin+metreo - ölçürəm) - xüsusi cihazlarla (lota, exolota və digər dərinlik ölçənlərlə) dənizokeanlann dərinliyinin ölçülməsi.

Batimetrik vilayət

redaktə

Batimetrik vilayət okean və ya dənizlərin dib hissəsi və ona qovuşan su qatları. Ayrı-ayrı batimetrik vilayət adətən (bəzən şərti olaraq) aşağıdakı dərinliklərlə səciyyələnirlər: şelf 0-200 m (500-600 m-ə qədər), qitə yamacı (batial vilayət) 200-500m-dən 2000-3000 m və daha artıq, hemipelagik 2000 m-dən 4000-5000 m qədər, abissal 4000-5000 m-dən 6000 m qədər, ultraabissal 6000m-dən dərin. Batimetrik vilayət hər biri, dərinlik fərqlərilə yanaşı, həm də dibin morfologiyası, məskunlaşan orqanizmlərin, çökmə tiplərinin müxtəliflyi ilə fərqlənir.

Batitermoqraf

redaktə

Batitermoqraf (yun. bathos - dərinlik, therme - istilik və grapho - yazıram) - okeanın yuxarı qatlarında müxtəlif dərinliklərdə birbaşa suyun temperaturunu ölçmək üçün cihaz. Cihaz 200-400 m-ə qədər dərinliyə enə bilir.

Batometr

redaktə

Batometr- laboratoriya tədqiqat məqsədi ilə dəniz və s. su hövzələrindən istənilən dərinlikdən su nümunələri götürmək üçün cihaz. Dəniz batometr üzərində xüsusi termometr bərkidilən silindr formalı bürünc.[1]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət, Bakı 2008

Mənbə

redaktə
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.