[go: up one dir, main page]

AnnotasiyaLatınca "annotomik" sözündən olub qeyd aparmaq, əlavə etmək deməkdir. Ədəbi dildə annotasiyanın mənası kitab, jurnalməqalənin məzmununu qısa şəkildə şərh etmək deməkdir. Annotasiyanın vasitəsilə şagird hər hansı bir kitabın məzmunu ilə daha yaxın tanış ola bilir[1].

Haqqında

redaktə

Annotasiyada aşağıdakılar öz əksini tapmalıdır:

  1. Kitabın adı, nəşriyyatın adı, harada nəşr edilməsi, həcmi;
  2. Kitabın müəllifinin adı və soyadı;
  3. Kitabda nələrdən bəhs olunması,

İzahı

redaktə

Annotasiyanı, əsasən, əsərin müəllifi yazır və məqsədini bir neçə cümlə ilə şərh edir. Məs.:Azərbaycan dilində vurğu lüğətinə dair annotasiya belə verilir:

Annotasiya(lat.annotatio-qey) və ya rezyume (fran.-"qısaldılmış") – kitabın, əlyazmasının, monoqrafiyanın, məqalənin, patentin, filmin, qramplastinkanın və ya digər nəşrin qısa məzmunu, eləcə də onun qısa xarakteristikasıdır. Annotasiya nəşrin fərqləndirici xüsusiyyətlərini, yerini və zamanını nominativ formada göstərir. Annotasiya nəşrin əsas mövzusunu əks etdirir, bundan əlavə o təsvir olunan mənbənin əsas vəziyyətlərini də sadalaya bilər. Annotasiya hərəkət subyektini xatırlatmaya da bilər (guman edilə bilər ki, bu kontekstdən məlumdur) və passiv quruluşdan – fel və feli sifətdən ibarət ola bilər. Annotasiya məqalənin özündə ola bilər. Məzmununda nəticələrin də ola biləcəyinə baxmayaraq, müasir elmi jurnallarda annotasiyanı adətən məqalənin əvvəlində yerləşdirirlər (başlıqdan, müəlliflərdən və açar sözlərindən sonra). İngilisdilli ədəbiyyatda annotasiya çox vaxt "Abstract" başlığı altında verilir.

Mənbə

redaktə
  • Azərbaycan dili qayda kitabı-Hədəf", Bakı, Maarif, 2012, səhifə 281.
  • Издательская аннотация/Издательский словарь-справочник:[электрон.изд.]/А. Э. Мильчин.-3-е изд.,испр. и доп.-М: ОЛМА-Пресс,2006.

İstinadlar

redaktə
  1. Bəybala Abbaslı, Solmaz Süleymanova, Sürmə Əliyeva. Bakı, "Nasir" nəşriyyatı, 2006, 156 səh.