İtaka
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Itaka (Yunanca, Ιθάκη) — İon dənizində yerləşən Yunan adası.
Itaka | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 117.8 km2 km² |
Sahil uzunluğu | 101 km |
Əhalisi | 3,231 nəfər |
Yerləşməsi | |
38°25′ şm. e. 20°40′ ş. u.HGYO | |
Ölkə | Yunanıstan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İtakanın əsas adasının sahəsi 96 km²-dir. Əhalisi 2011-ci ilə görə 3231 nəfərdir.
Müasir İtaka Odisseyin evi olan Homerin İtakası ilə eyniləşdirilir.
Etimologiya
redaktəİtaka adı qədim dövrlərdən bəri dəyişməz qalsa da, müxtəlif dövrlərə aid yazılı sənədlərdə adaya başqa adlarla müraciət edilir, məsələn:
Trakoniso, Takou, Tiakou (Bizans)
Tiaki (Venesiyadan əvvəlki Bizans)
Teaki(Venesiya dövründə)
Fiaki(Osmanlı dövründə)
Tarixi
redaktəAdada e.ə 2-ci minillikdən etibarən məskunlaşma var. Ehtimal olunur ki, Mikena dövründə Kefaloniyanın paytaxtı və Odissey tərəfindən idarə olunan kiçik krallığın paytaxtı olub. İtaka sonrakı dövrlərdə romalılar,Bizans imperiyası tərəfindən işğal olunub. Ardınca İtaka, 1797-ci ildə Campo Formio müqaviləsinə əsasən Fransa tərəfindən işğal edilmiş 1798-ci ildə isə rus-türk birliyinin komandirləri Fyodor Uşakov və Kadir bey tərəfindən azad olunub. Ada 1807-ci ildə yenidən Fransanın mülkünə çevrildi lakin,1809-cu ildə İngiltərə adanı işğal etdi. 1815-ci ildə bağlanılmış Paris müqaviləsinə əsasən İtaka Birləşmiş İyon Adaları Ştatlarının tərkibinə verildi. 1864-cü ildə bağlanmış London müqaviləsinə əsasən adalar Yunanıstanın tərkibə daxil edildi.
Coğrafiyası
redaktəİtaka adası Kefaloniyanın şimal-şərq sahilindən şərqdə yerləşir, oradan İtaka Boğazı ilə ayrılır. Adanın ümumi sahəsi 117.8 km²-dir. Ümumi sahil uzunluğu isə 101 km-dir.
Adanın məşhur sakinləri
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktəhttps://www.britannica.com/place/Ithaca-island-Greece